«APA-Economics»in məlumatına görə, bu məsələ Bakıda səfərdə olan Gürcüstan Maliyyə Nazirliyinin Gömrük Xidmətinin rəisi Laşi Xuçişvilinin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə keçirilən görüşündə müzakirə edilib.
A.Əliyev bildirib ki, hazırda Ağstafa-Qazax bölgəsində avtomobillər və piyadalar üçün əsas keçid Sınıq Körpü keçidi sayılır: «Bu keçidin modernləşdirilməsinə baxmayaraq, onun imkanları lazımi qədər deyil. Biz müzakirə etdik ki, tələbatı ödəmək üçün Gürcüstanla Azərbaycan arasındakı bir neçə keçiddən birinin imkanlarını artıraq, lazımdırsa orada tikinti işləri aparaq».
Müzakirələrin nəticəsi olaraq, bu məsələ ilə bağlı ikitərəfli işçi qrupunun yaradılması nəzərdə tutulur.