Bank Of Baku

Azərbaycan və İraq arasında aviasiya əlaqələri bərpası haqqında saziş imzalanıb

Azərbaycan və İraq arasında aviasiya əlaqələri bərpası haqqında saziş imzalanıb
# 03 may 2013 08:31 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycan və İraq arasında aviasiya əlaqələrinin qurulması haqqında saziş imzalanıb.

 

APA-Economics”in “Al-Shorfa” xəbər saytına istinadən xəbərinə görə, bu barədə İraq nəqliyyat nazirinin müşaviri Kərim əl-Nuri açıqlama verib.

 

Onun sözlərinə görə, İraq hökumətinin komitələri bu həftə 7 ölkə - Rumıniya, Gürcüstan, Azərbaycan, Çin, Rusiya, Malayziya və İsveçlə aviasiya əlaqələrinin bərpası haqqında saziş imzalayıb.

 

Kərim əl-Nuri bildirib ki, bu ölkələrə birbaşa aviareyslər daimi qrafik üzrə bərpa olunacaq. “Iraqi Airways” adı çəkilən ölkələrdə ofislər açacaq ki, bu da ikitərəfli diplomatik, iqtisadi və turizm əlaqələrini bərpa etməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR