Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan və Şri-Lanka arasında hava nəqliyyatı sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. APA-nın xəbərinə görə, bu barədə Şri-Lanka hökumətinin rəsmi informasiya portalı məlumat yayıb.
Hər iki ölkənin mülki aviasiya idarələri arasında ötən ildən başlamış məsləhətləşmələrin nəticəsi olaraq sazişin mətni razılaşdırılıb.
Sənəd Şri-Lankanın və Azərbaycanın aviaşirkətlərinə heç bir məhdudiyyət olmadan yükdaşıma uçuşları yerinə yetirməyə imkan verəcək.