Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda avtomobil yolları tikilərkən avtobus dayanacağı (açıq, yarımaçıq və bağlı avtopavilyon, minik meydançası, məlumat lövhəsi və zibil qutusu) üçün sürət-keçid zolağı olduqa 0,15 hektar, sürət-keçid zolağı olmadıqa 0,03 hektar torpaq sahəsi ayrılmalıdır.
APA-nn məlumatına görə, bu, Nazirər Kabineti tərəfindən bu gün təsdiqlənən “Avtomobil yollarının təhkim zolağı”nın ölçülərində yer alıb.
Qərara əsasən yol xidmətinin xətti bina və qurğular kompleksi (inzibati-məişət korpusu, qarajlar, talvarlar, dayanacaqlar, mexaniki-təmir emalatxanaları, anbarlar, yanacaqdoldurma məntəqələri, keçidlər, çəpər və darvaza, mühəndis-kommunikasiya kompleksləri və s.) üçün 2,8 hektar, yol xidmətinin kənarda yerləşən xətti bina və qurğuları (inzibati korpus, məişət otaqları, anbarlar, istehsalat sahələri, asfaltqarışdıran qurğular, qarajlar, talvarlar, dayanacaqlar, emalatxanalar, keçidlər, çəpər və darvaza, vaqon-yeməkxana, vaqon-hamam, quyu, mühəndis-kommunikasiya kompleksləri və s) üçün 1 hektar, qum, duz və buzlaşmaya qarşı materiallar bazası (o cümlədən, istehsalat sahəsi, dalan dəmir yolu, çəpər, darvaza və s) üçün 0,5 hektar, Çəki və qabarit nəzarət məntəqəsi (yük-nəqliyyat vasitələrinin dayanması üçün meydança olmadıqda) üçün 0,1 hektar, Yol-patrul xidmətinin stasionar postu (dayanacaq meydançası olduqda) üçün 0,1 hektar torpaq sahəsi ayrılmalıdır.
Mühəndis axtarışlarının və layihə sənədlərinin hazırlanması zamanı avtomobil yollarının dərəcəsindən və hərəkət şiddətindən asılı olaraq torpaq sahəsinin ölçüləri artırıla bilər. Torpaq sahəsinin seçilmə aktının hazırlanması zamanı (avtomobil yollarının və yol qurğularının yerləşdirilməsinin ilkin razılaşdırılması ərəfəsində, eləcə də kadastr işlərinin aparılması zamanı) layihə sənədlərinə daxil edilən tələblər və şərtlərdə nəzərdə tutulan kənar mühəndis şəbəkəsinin, artezian quyularının, sutəmizləyici qurğuların, qazanxanaların, mühafizə tikililərinin, yanğına qarşı zolaqların, yol ötürücülərinin, piyada keçidlərinin və digər bina və tikililərin yerləşdirilməsi üçün əlavə olaraq torpaq sahələrinin ölçüləri və yeri təyin edilir.