APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü plenar iclasında «Avtomobil yolları haqqında» qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən, istifadədə olan avtomobil yollarının qoruma zolaqlarında yol tikintisi, saxlanması, təmiri, yenidən qurulması və yol hərəkətinə, sərnişin və yükdaşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar olan tikili və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin yerləşdirilməsi qadağandır. Bu işlər aparılarkən mühafizə zolaqlarının hüdudlarında yerləşən giriş-çıxış və birləşmə yollarının, habelə digər obyektlərin tikintisi, təmiri, saxlanması ilə bağlı bütün xərclər həmin obyektlərin sahibləri tərəfindən çəkiləcək.