Bank Of Baku

Azərbaycanda beynəlxalq inşaat sərgisi başlayıb - FOTOSESSİYA

Azərbaycanda beynəlxalq inşaat sərgisi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - XX Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi başlayıb.

 

APA-Economics”in xəbərinə görə, bu il “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS” kimi sərgiləri özündə birləşdirən Xəzər İnşaat Həftəsində dünyanın 29 ölkəsindən 490-dan artıq şirkəti iştirak edir. Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında, lobbidə, o cümlədən açıq meydançada yerləşdirilib. Sərgidə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qrupları iştirak edir. Ənənəvi olaraq, Türkiyə istehsalçıları (41 şirkət) sərgidə böyük heyətlə çıxış edir. Eksponentlərin təxminən 40%-ni yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var.

 

Bu il sərgidə tikinti avadanlıqlarının geniş çeşidi, o cümlədən keramika, kafel (üzlük daşları), pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtükləri nümayiş etdirilir.

 

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən sərgiyə rəsmi dəstək göstərilir.

 

Sərginin təşkilatçıları qismində “ITE Group Plc” (Böyük Britaniya) və “Iteca Caspian” şirkətləri çıxış edirlər.

 

Qeyd edək ki, sərgi oktyabrın 25-də başa çatacaq.

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq İnşaat sərgisi 20 il ərzində dünyanın 35 ölkəsindən 3200-dən artıq iştirakçı şirkəti və yüz mindən çox ziyarətçini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR