Bank Of Baku

Azərbaycanda bu yaxınlarda mobil autentifikasiya sertifikatlarının online sifarişi üçün proqram istifadəyə veriləcək

Azərbaycanda bu yaxınlarda mobil autentifikasiya sertifikatlarının online sifarişi üçün proqram istifadəyə veriləcək
# 03 may 2013 09:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda mobil autentifikasiya sertifikatlarının internet üzərindən online sifarişi üçün hazırlanan proqram yaxın vaxtlarda istismara veriləcək.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən verdiyi məlumata görə, Mobil Autentifikasiya Mərkəzi hazırdır və fəaliyyət göstərir: «Qeydiyyat Mərkəzi isə hələlik Məlumat Hesablama Mərkəzindədir».


Qeyd edək ki, Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində icra edilən müvafiq Tədbirlər Planına uyğun olaraq, MHM-in üzərinə düşən işlər sırasında mobil elektron imza sertifikatlaşdırma mərkəzinin yaradılması və istismara verilməsi, mobil cihaz qeydiyyat sisteminin yaradılması və istismara verilməsi, «E-hökumət» portalının yeni platformada, yeni dizaynla hazırlanması və istifadəyə verilməsi, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sisteminin yaradılması və istismara verilməsi, respublikanın bütün ərazisində internet vasitəsilə rabitə və kommunal xidmət haqlarının ödənilməsinin təmin edilməsi yer alıb.


Sözügedən işlərin əksəriyyəti artıq icra edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR