Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə domen adlarının qeydiyyatının tənzimlənməsi ilə bağlı təkliflər hazırlayır.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, təkliflərdə domen adlarının qeydiyyatının tənzimləmə, domen adlarının online qeydiyyatı və digər məsələlər əksini tapacaq.
Sözügedən təkliflər Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planının icrası məqsədi ilə hazırlanır.