Bank Of Baku

Azərbaycanda milli terminoloji informasiya sistemi yaradılacaq

Azərbaycanda milli terminoloji informasiya sistemi yaradılacaq
# 08 may 2013 12:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sistemi yaradılacaq.

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin 9 aprel 2013-cü il tarixli, 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində icrası ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib.

 

Tədbirlər Planında Komitənin müvafiq struktur bölməsinə Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

 

Bundan başqa, Komitə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması ilə bağlı işlərə də başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR