Bank Of Baku

Azərbaycanda seçki informasiyasının MSK-ya ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır

Azərbaycanda seçki informasiyasının MSK-ya ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır
# 13 may 2013 11:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Seçki dairə və məntəqələrindən, o cümlədən veb-kameralardan informasiyanın Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır.

 

«APA-Economics»in nazirliyin məlumatına istinadən verdiyi xəbərə görə, sözügedən təkliflərin hazırlanması ölkədə 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq olunmuş tədbirlər planına daxildir: «Hazırda məsələ ilə bağlı geniş araşdırma aparılır və təkliflər hazırlanır. Təkliflərdə bir sıra məsələlər öz əksini tapacaq. Burada əsasən seçki dairə və məntəqələrində gedən seçki prosesinin internet üzərindən yayımlanması, ötürülməsi nəzərdə tutulur».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR