Bank Of Baku

Azərbaycanda sentyabrda sərnişindaşıma tarifləri isə 3%-dən çox bahalaşıb

Azərbaycanda sentyabrda sərnişindaşıma tarifləri isə 3%-dən çox bahalaşıb
# 10 oktyabr 2014 08:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4%, sərnişindaşıma tarifləri isə 3,2% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5%, digər xarici ölkələr üzrə isə 19,1% bahalaşma müşahidə olunub.

 

Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1% bahalaşıb.

 

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0% ucuzlaşıb. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR