Bank Of Baku

Azərbaycanda sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyası keçirilir

Azərbaycanda sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyası keçirilir
# 07 may 2013 10:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Heydər Əliyev-90» Tədbirlər Planı çərçivəsində müəyyən sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyasına başlayıb.

 

«APA-Economics»in nazirliyə istinadən verdiyi məlumata görə, kampaniyaya əsasən, cari ilin mayın 31-dək şəhid ailələri, I qrup Qarabağ əlilləri, eyni zamanda internetin yeni istifadəçiləri üçün 1 ay ərzində internet xidməti və telefon çəkilişi birlik və müəssisələr hesabına, ödənişsiz həyata keçirilir.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən gözdən əlil şagirdlərə verilən mini-kompüterlər vasitəsilə, mobil nömrələr vasitəsilə bir il ərzində pulsuz internet xidmətinin göstərilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR