Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti kompleksi dinamik inkişaf edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 11,9 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% çox vəsait yönəldilib.
Onun 70,4%-i daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 68,2%-i məhsul istehsalı, 31,8%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,3%-ni təşkil edib.