Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-sentyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1 140,5 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,6% çox xidmət göstərilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,6% təşkil edib.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 58,8%-i mobil telefon rabitəsindən yaranmış və 2013-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3% artaraq 671,1 mln. manat təşkil edib.