Bakı. Aynur Əliyeva – APA-Economics. İnformasiya və rabitə sektorunda bu ilin yanvar-iyul aylarında təsərrüfat subyektlərinə və əhaliyə 862,3 mln. manatlıq xidmət göstərilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,4% çoxdur.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2%-i mobil telefon rabitəsindən yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 9,3% artaraq 518,9 mln. manat təşkil edib.
Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5% təşkil edib.