Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda bu il qeyri-neft yüklərinin daşınması 6% artıb

Azərbaycanın nəqliyyat sektorunda bu il qeyri-neft yüklərinin daşınması 6% artıb
# 20 may 2013 07:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2013-cü ilin dörd ayında 66,2 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,2% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi 6,1% artaraq 44,6 mln. tona çatıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 53,6%-i avtomobil, 28,9%-i boru kəməri, 11,2%-i dəmir yolu, 6,3%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

 

Qeyri-dövlət bölməsində yük daşınması 2,9% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 72,2% təşkil edib.

 

«Yanvar-aprel aylarında nəqliyyatçılar 532,4 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,9%-i avtomobil, 12,9%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR