Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri apreldə bahalaşıb

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri apreldə bahalaşıb
# 07 may 2013 11:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,5% bahalaşıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1%, tranzit üzrə 9,4%, idxal üzrə 7,1%, ixrac üzrə 4,3%, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7% bahalaşıb.

 

Ay ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6% ucuzlaşıb.

 

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,5% və 0,4%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6% bahalaşıb.

 

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi apreldə 2,5% ucuzlaşıb.

 

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR