Bank Of Baku

Azərbaycanın rabitə sektoru son bir ildə 9% artıb

Azərbaycanın rabitə sektoru son bir ildə 9% artıb
# 18 may 2013 08:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 462,6 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,9% çox xidmət göstərilib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 59%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 9,7% artaraq 273 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR