Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslərin sayını artırmağı planlaşdırır.
“APA-Economics”in məlumatına görə, bu barədə AZAL-ın vitse-prezidenti Sabir İlyasovun bildirib.
Onun sözlərinə görə, cari ilin dekabr ayının 1-dən reyslərin sayı artırılaraq həftədə 3 dəfə yerinə yetirilə bilər.
“Tələbat olarsa, uçuşların sayını həftədə 4 dəfə də etmək mümkündür”, - deyə S. İlyasov əlavə edib.
Qeyd edək ki, sentyabrın 24-dən etibarən Bakı-Nyu-York-Bakı istiqaməti üzrə ilk təyyarə yola düşüb.