Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə müntəzəm uçuşların sayını artırır.
AZAL-dan “APA-Economics”ə daxil olan məlumata görə, dekabrında 9-dan etibarən həftənin çərşənbə axşamı günləri qeyd olunan istiqamət uçuşlar yerinə yetiriləcək. Belə ki, Bakıdan uçuş saat 11:00-da, Tel- Əvivdə eniş 11:00-da həyata keçiriləcək. Eyni zamanda Tel-Əvivdən uçuş saat 22:30-da, Bakıya eniş 04:00-da yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar günləri saat 09:35-də reallaşdırılır.