Bakı - APA-Economics. Bu gün Bakı şəhərinin Səbail rayonunda 20-ci sahə yaşayış massivinə və Salyan şosesinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb rayon ərazisində 500 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.