Bank Of Baku

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 04 sentyabr 2014 08:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

“Azəryolservis” ASC-dən NİİM-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Fətəli xan Xoyski küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR