Bank Of Baku

Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransının yekun bəyannaməsi qəbul edilib

Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransının yekun bəyannaməsi qəbul edilib
# 16 oktyabr 2014 11:24 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, sənəddə deyilir ki, tərəflər Avrasiya nəqliyyat bağlarının bərpasının inkişafının və Böyük İpək yolunun bütün aspektləri üzrə əməkdaşlıq səviyyəsini yüksəldəcək.

 

Tərəflər etiraf edir ki, regionda həllini tapmamış münaqişələr regional əməkdaşlıq və birgə nəqliyyat layihələrinin reallaşdırılmasında əsas maneədir. Bununla əlaqədar, dövlətlərin sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyünə etimad əsasında bu münaqişələrin tezliklə həllinin vacibliyini qeyd edir.

 

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin Bakı-Tiflis-Qars layihəsi üzrə təşəbbüsünü dəstəkləyir, həmçinin yeni dəmir yolu xəttinin Trans-Avropa və Trans-Asiya dəmiryolu şəbəkələri ilə səmərəli inteqrasiyasına dəstək verir.

 

Bundan başqa, tərəflər Ələt qəsəbəsində dəniz limanının tikintisini dəstəkləyir. Bu liman dəmiryolu, avtomobil və dəniz yolları, həmçinin Avropa və əksinə sərnişin və yük axınının sürətli və təhlükəsiz hərəkətini təmin etməyə kömək edəcək.

 

Eyni zamanda tərəflər dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə, nəqliyyat infrastrukturunun inkişafı üçün beynəlxalq maliyyə institutları və bankların vəsaitlərinin cəlb olunması üçün səy göstərəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR