Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «İnnovasiyalı və effektiv məlumat mərkəzlərinin yaradılması» mövzusunda seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbir məlumat mərkəzlərinin (DATA center) səmərəli təşkili imkanlarından istifadəyə, İT infrastrukturunun optimallaşdırılması üçün düzgün strategiyanın və əsas elementlərin seçilməsinə həsr olunub.
Seminar çərçivəsində məlumat mərkəzlərinin vahid şəkilə salınmış «Cisco» serverləri əsasında yaradılması, ehtiyat surətçıxarma, çox əhəmiyyətli məlumatların online və «bulud» texnologiyaları ilə saxlanılması, eləcə də onların virtual və «bulud» mühitində çoxsəviyyəli saxlama mexanizmləri, dedublikasiya və dəqiq ayrılmalar üzrə müasir texnologiyalar təqdim edilib.
Bundan başqa, müəssisələrin resurslarının planlaşdırılması üzrə məlumatların mühafizəsi, virtuallaşdırılması, enerji səmərəliyi və optimallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.