Bank Of Baku

Bakıda yeni yaşayış qəsəbəsi salınacaq

Bakıda yeni yaşayış qəsəbəsi salınacaq
# 10 oktyabr 2013 12:52 (UTC +04:00)

Həmin plana görə, Bakıda daha bir yaşayış qəsəbəsi yaradılacaq və həmin qəsəbə Yeni Türkan adlandırılacaq.

 

Bunu «APA-Economics»ə Bakı şəhərinin gələcək inkişaf planları haqqında danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

 

C.Qocayevin sözlərinə görə, bu ərazinin həmçinin kurort-turizm zonasına çevrilməsi planlaşdırılır.

 

Qeyd edək ki, yeni qəsəbənin hazırkı Türkan qəsəbəsi yaxınlığında salınması nəzərdə tutulur ki, o da Xəzər rayonunun inzibati ərazi vahidinə daxil olacaq. Əhalisi 10 min nəfərdən çox olan Türkan qəsəbəsi paytaxtın mərkəzindən 35 km məsafədə yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR