Bank Of Baku

Bakının bir neçə rayonunun və Abşeron rayonunun bəzi qəsəbələrinin su təchizatı məhdudlaşdırılacaq

Bakının bir neçə rayonunun və Abşeron rayonunun bəzi qəsəbələrinin su təchizatı məhdudlaşdırılacaq
# 28 oktyabr 2014 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının bir çox qəsəbələrində suyun verilişində fasilələr yaranacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsi ilə əlaqədar gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR