Bakı. Anaxanım Hidayətova – APA-Economics. Belarus və Azərbaycan arasında birbaşa rabitə kanalı qurulacaq.
“APA-Economics”in BELTA-ya istinadən xəbərinə görə, Minskdə keçirilən II belarus-Azərbaycan biznes-forumunda çıxışında Belarusun rabitə və informasiyalaşma naziri Nikolay Panteley deyib.
Biznes-forumda “Beltelekom” və “Aztelekom” iki ölkə arasında rabitə sahəsində əməkdaşlığın tənzimlənməsi məqsədilə memorandum imzalayıb. Bu sənəd Belarus və Azərbaycan arasında trafik mübadiləsi üçün birbaşa kanal qurmağa imkan verəcək.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə deyib ki, Azərbaycan Asiyanın, Belarus isə Avropanın giriş qapısında yerləşdiyi üçün bu cür əməkdaşlığı geniş perspektivləri var.
Biznes-forumda “Beltelekom” və Azərbaycan RİTN-in Beynəlxalq əlaqələr və hesablamalar idarəsi iki ölkənin ali məktəblərarası distant təhsil mərkəzinin yaradılması haqqında niyyət sazişi imzalayıb. Sənəd Azərbaycan Texniki Universiteti və Belarus Ali Dövlət Rabitə Kolleci arasında əməkdaşlığı nəzərdə tutur.