Bakı. Nicat Mustafayev – APA-Economics. Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun bir hissəsi bu il ərzində istifadəyə veriləcək.
«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, sözügedən avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli istiqamətində davam etməklə, Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. Yolun ümumi uzunluğu 42 km təşkil edəcək və 6 hərəkət zolağı olacaq.
«Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14 km və 14-42 km-də həyata keçirilir. Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılıb. Qeyd olunan hissənin 2013-cü ildə istismara verilməsi planlaşdırılır», - deyə «Azəryolservis»dən bildirilib.