Bank Of Baku

BMT rezident əlaqələndiricisi: «Azərbaycanın gömrük xidmətində aparılan islahatlar qlobal ticarət sisteminə çox böyük töhfə verib»

BMT rezident əlaqələndiricisi: «Azərbaycanın gömrük xidmətində aparılan islahatlar qlobal ticarət sisteminə çox böyük töhfə verib»
# 06 may 2013 13:47 (UTC +04:00)

Qəbələ. Əli Əhmədov - APA-Economics. “Azərbaycan Respublikası, xüsusilə də Dövlət Gömrük Komitəsi BMT, xüsusilə də BMT İnkişaf Proqramı ilə uzunmüddətli əlaqələrə malikdir”. Bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə keçirilən «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.

 

Onun sözlərinə görə, BMT İnkişaf Proqramı ilə DGK-nın tərəfdaşlığı 1999-cu ildən başlanıb. Belə ki, 1999-cu ildən başlayaraq 2007-ci ilədək olan müddətdə  «Məlumatların ötürülməsi şəbəkəsi və potensialın gücləndirilməsi» layihəsi həyata keçirilib: «Bu layihə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında “Elektron Hökumət” konsepsiyasının tətbiq edilməsi baxımından ilk müştərək layihə idi. Bunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsi sahəsində vahid avtomatlaşdırılmış informasiya sistemi yaradıldı və işə salındı».

 

A.Broek qeyd edib ki, növbəti mərhələdə tərəflər gömrük xidmətinin müasirləşdirilməsi üzərində işləyiblər. İki mərhələli bu proqrama Avropa İttifaqı dəstək verib. Proqramın nəticəsi Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq Gömrük Məcəlləsinin yaradılması və qüvvəyə minməsi olub: «Bu yenilik nəticəsində Azərbaycan yeni Gömrük Məcəlləsi əldə etdi. Bu məcəllə Avropa İttifaqının qanunvericiliyinə və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılıb».

 

Layihənin ikinci mərhələsi isə gömrük məntəqələrində videoizləmə, kameralar, müvafiq avadanlıq və cihazların tətbiq edilməsi olub. BMT nümayəndəsi bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq və maliyyə dəstəyi çərçivəsində sərhədlərin vahid idarəçiliyi sahəsində işlər yeni səviyyəyə qaldırılıb: «Həmin layihənin məqsədi qurumlararası mili əməkdaşlığın yaradılması və Cənubi Qafqaz bölgəsində Azərbaycanla Gürcüstan arasında sərhədlərin vahid idarəçiliyi  sahəsində tərəfdaşlığın yeni səviyyəyə qaldırılması idi. Bu layihə nəticəsində ölkələr arasında gömrük işinin ahəngləşdirilməsi, həmahənglik nəticəsində idxal-ixrac əməliyyatlarının daha rəvan məcraya salınması və beləliklə, malların və yüklərin daha sərbəst şəkildə nəql edilməsi təmin edilib».

 

A.Broek bildirib ki, gömrük inzibatçılığı işinin bütün istiqamətləri baxımından DGK böyük işlər görüb.

 

BMT nümayəndəsi bilavasitə veb-resursların tətbiq edilməsi, hökumət və biznes arasında müvafiq dialoqun başlanması və asanlaşdırılmasını xüsusi qeyd edib: «Həmçinin gömrük strukturlarının effektiv fəaliyyət göstərməsi malların və xidmətlərin daha asanlaşdırılmış qaydada axınına şərait yaradıb ki, bu da öz növbəsində qlobal ticarət sisteminə çox böyük töhfə verib və Ümumdünya Gömrük Təşkilatının ümidlərini doğruldub».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR