Bakı. Şəhriyar Əlizadə - APA. Böyük Bakının Regional İnkişaf Planının (BBRİP) reallaşması 4-5 mlrd. manata başa gələcək. APA-nın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Onun sözlərinə görə, artıq layihəyə dəstək verən Dünya Bankı BBRİP ilə bağlı texniki-iqtisadi əsaslandırmaya müsbət rəy verib. Bu ilin iyun-iyul aylarında isə layihə ilə bağlı ictimai dinləmələr keçiriləcək.