Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanın mənzil bazarında qiymət indeksi 2012-ci ili IV rübü ilə müqayisədə 1,6%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,5% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,7% azalıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artıb, təkrar mənzil bazarında isə qiymətlər əvvəlki rüblə müqayisədə 1,6%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 2,5% artıb.
Bununla yanaşı, birinci rübdə ilkin mənzil bazarında elit mənzillərin qiymətləri ötən ilin IV rübünə nisbətən 1,6% artıb, əvvəlki ilin eyni dövrünə nisbətdə isə dəyişməz qalıb.
Təkrar mənzil bazarında elit mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 0,4% artıb, 2012-ci ilin birinci rübünə nisbətən isə dəyişməz qalıb.