Bank Of Baku

Gələn ay Donetsk-Bakı aviareysi açılır

Gələn ay Donetsk-Bakı aviareysi açılır
# 22 may 2013 09:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 1-dən etibarən «Ukraine International Airlines» aviaşirkəti Donets-Bakı marşrutu ilə birbaşa aviareyslərə başlayacaq. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

Hava limanından verilən məlumata görə, Donetskdən Bakıya uçuş mayın 31-də yerli vaxtla saat 21:20-də yerinə yetiriləcək və təyyarə Bakıya iyunun 1-də gecə saat 01:35-də çatacaq: «Bakı-Donetsk aviareysi isə saat 02:35-də həyata keçiriləcək ki, təyyarə Ukrayna vaxtı ilə saat 03:15-də Donetsk hava limanına enəcək. Göründüyü kimi, Bakı-Donetsk aviareysi üzrə uçuşlar həftədə bir dəfə – şənbə günləri yerinə yetiriləcək».

 

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar «Boeing-737» avialayneri ilə həyata keçiriləcək.

 

Xatırladaq ki, «Ukraine International Airlines» aviaşirkəti hazırda Kiyev-Bakı-Kiyev aviareysini yerinə yetirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR