Bank Of Baku

Gələn ilin birinci rübündə Bayıl dairəsində yeraltı piyada keçidi istifadəyə veriləcək - FOTO

Gələn ilin birinci rübündə Bayıl dairəsində yeraltı piyada keçidi istifadəyə veriləcək - <span style="color: red;">FOTO
# 16 oktyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economocs. Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.

 

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr olacaq  keçiddə artıq svay işləri başa çatdırılıb.

 

Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommunikasiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir. Dörd giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub.

 

Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR