Bank Of Baku

Gəncədə bərk məişət tullantılarının idarə olunması layihəsi reallaşır

Gəncədə bərk məişət tullantılarının idarə olunması layihəsi reallaşır
# 14 may 2013 15:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bərk məişət tullantılarının idarə olunması layihəsini müzakirə etmək üçün Almaniya İnkişaf Bankının nümayəndələri Gəncəyə səfər ediblər.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə keçirilən görüşdə vurğulanıb ki, «Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi» layihəsinə Azərbaycan hökuməti tərəfindən müsbət rəy verilib.

 

Bankın Avropa və Asiya ölkələri üzrə direktoru Şerifa Larabi jurnalistlərə müsahibəsində səfərin məqsədinin layihənin qiymətləndirilməsi olduğunu deyib. O, bildirib ki, sözügedən layihənin reallaşdırılması Gənəcənin ekoloji mühitinin yaxşılaşdırılması, eləcə də regionunu təbii resurslarının mühafizəsinə yönəlib: “Layihənin ilin sonunadək reallaşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində bərk məişət tullantılarının idarə olunması üçün Gəncədə yeni poliqonun yaradılması da planlaşdırılır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR