Bakı. Aynur Əliyeva - APA-Economics. İnformasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5% çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2%-i mobil telefon operatorlarının payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8% artaraq 595 mln. manat təşkil edib.