Bank Of Baku

İstisuçay üzərindəki körpünün təmir işləri gələn ay bitəcək

İstisuçay üzərindəki körpünün təmir işləri gələn ay bitəcək
# 16 sentyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. R9 Qaraməryəm-İsmayıllı-Şəki (46km) -Sumağallı-Qalacıq avtomobil yolunun 8-ci km-də İstisuçay üzərində yerləşən kiçik körpüdə cari təmir işlərinin aparılmasına baxmayaraq təbii hadisələr nəticəsində tamamilə yararsız hala düşüb.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Belə ki, keçən əsrin 60-70-ci illərində inşa olunan körpü sel sularının təsirindən dağılıb, çayın məcrası genişlənərək ətraf sahələrə də təhlükə yaradıb. Demək olar ki, yaz-yay aylarında çayda su çoxaldıqca kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilirdi.

 

Bütün bunları nəzərə alaraq 2014-cü ilin yanvar ayından körpüdə əsaslı təmir işlərinə başlanılıb. Artıq körpüdə işlər başa çatdırılıb. Uzunluğu 57 m, qabariti 8 m olan körpü üç aşırımlıdır. Hazırda su nizamlayıcı qurğuların tikintisi işləri gedir. Bu ilin oktyabr ayı ərzində işlərin tamamilə yekunlaşması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR