Gəncə. Azər Məmmədli – APA. Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı (KFW) ilə əməkdaşlıq edir və bu müddət ərzində bank tərəfindən müxtəlif layihələrə 660 mln. avro kredit ayrılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bildirib.
A. Şərifovun sözlərinə görə, bu vəsait iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kommunal infrastruktura yönəldilib.
Baş nazirin müavini həmçinin bildirib ki, son illər Almaniya tərəfindən Azərbaycanda sənaye və müxtəlif sahələrə 450 mln. avro dəyərində investisiya qoyulub və yaxın zamanlarda 250 mln. avro investisiya qoyulması üzrə danışıqlar aparılır.