Bakı. Aynur Əliyeva-APA-Economics. Yaxın vaxtlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” başa çatacaq.
“APA-Economics”in məlumatına görə, bunu əmlak məsələləri dövlət komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi bütün növ daşınmaz əmlak barədə məlumat bazasının elektronlaşdırılması, elektron kadastr məlumatlarının yaradılması, həm xüsusi daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi üzrə sistemin ümumilikdə hazırlanmasını əhatə edir.
O, əlavə edib ki, bu sistem fəaliyyət göstərməsi üçün müəyyən maddi-texniki bazanın yaradılmasını da əhatə edir.