Bank Of Baku

Nazir Əli Abbasov: «Azərbaycanda internetin qiymətləri orta əmək haqqının 2%-ni təşkil edir»

Nazir Əli Abbasov: «Azərbaycanda internetin qiymətləri orta əmək haqqının 2%-ni təşkil edir»
# 17 may 2013 12:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. «Azərbaycanda internetin qiymətləri orta əmək haqqının təxminən 2%-ni təşkil edir ki, bu da olduqca müsbət göstəricidir».  APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

 

Nazirinin sözlərinə görə, Azərbaycanda internetin qiymətləri kifayət qədər qəbul olunandır: «Azərbaycanda internetin qiymətləri orta əmək haqqının təxminən 2%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Bu yaxınlarda ümumdünya iqtisadi forumu özünün qlobal hesabatında ölkələr üçün internetin inkişaf reytinqini açıqlayıb. Bu göstərici üzrə Azərbaycan dünyada 20-ci yerdə qərarlaşıb. Yəni, bu onu göstərir ki, ölkədə internet xidmətləri olduqca əlçatanlıdır». 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR