Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi proqrama uyğun olaraq davam etdirilir”. “APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
O, bildirib ki, limanın tikintisi ilə bağlı birinci fazanın yaxın zamanlarda başa çatacağı gözlənilir.
“Birinci fazada işlər bərə terminalı ilə bağlıdır. Bu mərhələdə işlər şəhərin mərkəzində olan bərə terminalının Ələtə köçürülməsindən ibarətdir. Bununla bağlı olaraq işlər demək olar ki, yekunlaşıb. Quru yük terminalı və avtomobil nəqliyyatının daşınması üçün “ro-ro” tipli terminalda da işlər davam etdirilir".
M. Pənahov Bakı Beynəlxalq Dəniz Ticarət Liman nəqliyyat qovşağının 2016-cı ilin əvvəllərində istismara veriləcəyini qeyd edib.