Bank Of Baku

Nyu-York – Bakı aviareysinin sərnişinləri hava limanında Azərbaycan vizası ala biləcəklər

Nyu-York – Bakı aviareysinin sərnişinləri hava limanında Azərbaycan vizası ala biləcəklər
# 23 oktyabr 2014 12:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Nyu-York – Bakı aviareysinin sərnişinləri Azərbaycan vizasını ölkəyə çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında ala biləcəklər. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi xəbər yayıb.

 

“Azərbaycan Hava Yolları”nın həyata keçirdiyi aviareyslərin sərnişinləri Bakıya gəldikdə Azərbaycan Xarici İşlər Nazirliyinin Heydər Əliyev beynəlxalq hava limanındakı konsulluq şöbəsində birdəfəlik, qısamüddətli (30 günə qədər) viza əldə edə biləcəklər.

 

Xatırladaq ki, Bakı – Nyu-York - Bakı birbaşa aviareysləri bu il sentyabrın 24-dən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR