Bank Of Baku

Ötən ay Bakıda kommersiya obyektlərinin qiyməti dəyişməyib - TƏHLİL

Ötən ay Bakıda kommersiya obyektlərinin qiyməti dəyişməyib - <span style="color: red;">TƏHLİL
# 25 sentyabr 2014 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakının qeyri-yaşayış sahələri bazarında iyul ayı ilə müqayisədə aktivliyin və qiymətlərin stabil qalması ilə yadda qalıb.

 

APA-Economics”in paytaxtın qeyri-yaşayış sahələri bazarını araşdıran "MBA Consulting Group" tərəfindən aparılan monitorinqin nəticələrinə istinadən verdiyi məlumata görə, qeyri-yaşayış sahəlində aktivliyin və qiymətlərin stabil qalmasına səbəb yay mövsümünün bitməməsi, gəlirliyin azalması və kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin dəyişməməsi olub.

 

Ümumilikdə, son üç ay ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təklifin sayının azalması da baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma yer və ofis seqmenti üzrə qeydə alınıb.

 

Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 29,7% azalaraq 172 ədəddən 121 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı iyul ayında olduğu kimi avqust ayında da 108 ədəd təşkil edib.

 

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 16% və 8% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 6%-nə malikdirlər.  

 

Qeyri-yaşayış obyektlərinin orta sahəsi iyun ayı üçün 128,54 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 22% azalıb. Azalmaya əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində boş yer qeydə alınıb, 720 kv,m, ən az sahəyə isə Yasamal rayonunda, Nizami m/st yaxınlığında 12 kv,m sahəyə malik olan yer qeydə alınıb.

 

Əvvəlki aylarla müqayisədə avqust ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən stabil dinamika, orta qiymətə də ciddi dərəcədə təsir etməyib. Avqust ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 0,5% artaraq 3 857 dollar/kv.m təşkil edib. Avqust ayında aktivliyin dəyişməz olaraq qalması, obyektlərin satışının ekspozisiya müddətinin də dəyişməz qalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 149 gün təşkil edib. 

 

Ötən ay qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərinin dəyişməməzliyi ilə yanaşı, obyektlərin icarəsi bazarında stabillik müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta icarə qiyməti 19,35 dollar/kv.m/ay təşkil edib. Avqust ayında qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə bərabər bənddə qərarlaşıb. Qiymətlərin son ayda artması nisbətən I və III zonalarda, qismən azalması isə II və IV zonalarda müşahidə edilib.

 

Qiymətlərin son ayda dəyişməz qalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur. Ümumilikdə son aylarda yay mövsümü ilə əlaqədar bazarda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunması avqust ayında da öz əksini tapıb.

 

Sahələr

Iyul 2014

Avq 2014

%

mağaza

4590

4426

-3,57%

yеr

3773

3500

-7,24%

xidmət

3423

3534

3,24%

оfis

2561

2545

-0,62%

zirzəmi

1020

1022

0,20%

sənаyе

670

668

-0,30%

ortа qiymət

3836

3857

0,55%

 

 

Zonalar üzrə obyektlərin icarə qiymətlərində ümumilikdə ciddi dəyişiklik qeydə alınmayıb.

 

Zonalar

iyul 2014

avqust 2014

%

I zona

18,89

18,5

-2,1%

II zona

20,58

20,3

-1,4%

III zona

16,89

18,03

6,7%

IV zona

8

8,1

1,3%

ortа qiymət

19,28

19,35

0,36%

 

 

Şəhərin mərkəz hissəsi I və II zonalar üzrə obyektlərin icarə qiymətlərində nisbətən azalma, III və IV zonalarda isə nisbətən artım müşahidə edilib.

 

 

seqmentlər

iyul 2014

avqust 2014

artım/azalma, %

mağaza

27,7

31,76

14,66

yеr

20,76

16,68

-19,65

xidmət

21,59

20,64

-4,40

оfis

12,7

16,1

26,94

zirzəmi

4,1

4,5

8,96

sənаyе

4,8

4,8

0,00

 

Ümumilikdə ilin əvvəlindən başlayan qiymət artımı yay fəslində, son üç ayda azalmaya meylli olub. Son aylarda kommersiya təyinatlı daşınmaz əmlakın gəlirliyində azalmalar müşahidə edilir. 2013-cü ildə bütünlüklə və 2014-cü ilin əvvəlində müşayət edilən bazar trendi 2014-cü ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR