Bank Of Baku

Pirsaat çayında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən körpü yenisi ilə əvəzlənəcək

Pirsaat çayında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən körpü yenisi ilə əvəzlənəcək
# 20 sentyabr 2014 08:43 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Bir neçə ay əvvəl Pirsaat çayında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən körpü yenisi ilə əvəz oluna bilər.

 

APA-nın yerli bürosunun məlumatına görə, Şamaxı rayonunun girişində və respublika əhəmiyyətli yolun üzərində yerləşən körpü yararsız vəziyyətə düşdüyündən, Bakı-Şamaxı-Yevlax yolunun tikintisi zamanı istifadəsinə qadağa qoyulub.

 

Qəzalı vəziyyətə düşən 3 sütunlu  körpünün  dayaqları uçduğundan körpüyə baxış keçirən Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat nazirliyi, “Azəryolservis” ASC tərəfindən bu istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Sürücülər isə alternativ olaraq yaxınlığındakı körpüdən istifadə edir.

 

Şamaxı rayon 9 saylı Yol istismar idarəsindən bildiriblər ki, verilən məlumata görə, qəzalı vəziyyətə düşən körpü artıq istifadədən çıxarılıb.

 

Dörd zolaqlı Bakı-Şamaxı-Yevlax yolunun çəkilişi zamanı sözügedən körpü yenisi ilə əvəzlənəcək. Bu isə sürücülərin bu istiqamətdə daha rahat hərəkətini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR