Bank Of Baku

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bərdədə vətəndaş qəbulu keçirəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bərdədə vətəndaş qəbulu keçirəcək
# 06 may 2013 11:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 8-də Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

 

«APA-Economics»in nazirliyə istinadən verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı «Qaynar xətt», (012) 598-38-18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaq xahiş olunur.

 

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

 

Qeyd edək ki, nazir Ə.Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR