Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Heydər Əliyevin yubileyi ilə əlaqədar tədbir keçirib - FOTOSESSİYA

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Heydər Əliyevin yubileyi ilə əlaqədar tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2013 12:52 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə «Heydər Əliyev-90» Tədbirlər Planı çərçivəsində yubiley tədbiri keçirilib.

 

«APA-Economics»in məlumatına görə, konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Heydər Əliyevin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməli istiqamətində acdığı geniş imkanlardan və bununla bağlı xidmətlərindən söz açıb.

 

Heydər Əliyevin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını deyən nazir məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən rabitə sektorunun gələcək inkişafında dönüş, eyni zamanda müasir rabitə və informasiya texnologiyalarının tətbiqində böyük canlanma yaratdığını qeyd edib: «Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq Azərbaycanın İKT sahəsində böyük nailiyyətlər əldə edib, o cümlədən ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesinə başlanılıb. Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və s. kimi mühüm istiqamətlər daxildir».

 

Ə.Abbasov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının İKT sahəsinin inkişafında yeni mərhələ olacağını, konsepsiyada yer alan tədbirlərin həyata keçirilməsi nəticəsində İKT-dən istifadə edilməklə elm tutumlu layihələrin icrasına başlanacağını, sağlam rəqabət mühiti yaradılaraq, sənayenin innovasiyalar əsasında inkişafı ilə elm və texnologiya potensialının gücləndiriləcəyini, ölkə iqtisadiyyatının innovasiya əsaslı irəliləyişinin təmin olunacağını da vurğulayıb.


Çıxışdan sonra Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Nazirliyin «Azərmarka» şirkəti tərəfindən çap olunmuş «Heydər Əliyev-90», həmçinin Azərbaycan ı və Rusiyanın birgə buraxılışı olan «Heydər Əliyev - Müqəddəs Apostol Andrey Pervozvannı ordeninin kavaleri» mövzusuna həsr olunmuş poçt markalarının dövriyyəyə buraxılması mərasimi keçirilib.

Daha sonra konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yubileylə bağlı Tədbirlər Planına uyğun olaraq 5 saylı xüsusi internet məktəbinin görmə qabiliyyəti zəif olan şagirdlərinə səslə idarə olunan mini-kompüterlər, eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində İKT ixtisasları üzrə təhsil alan və təhsildə fərqlənən tələbələrə kompüterlər təqdim edilib, nazirlik tərəfindən sosial qruplar üçün hazırlanan güzəşt kampaniyası, həmçinin nazirliyin reallaşdırdığı və ilboyu davam edəcək «Mən Azərbaycanlıyam» online müsabiqəsi barədə ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR