Bakı - APA-Economics. Sabah Sabunçu rayonunun su təminatında fasilələr olacaq.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi 3 ünvanında yerləşən nasos stansiyasında aparılacaq yenidənqurma işləri ilə əlaqədar mayın 17-də Sabunçu qəsəbəsinin E.Mehdiyev, C.Şərifov, Natəvan, Sərdarov, M.Aydınbəyov, Y.Qasımov, Xanlar, S.Əfəndiyev, Q.Musabəyov, A.Əsədullayev küçələrinə içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.