Bank Of Baku

Sədərək gömrük keçid məntəqəsində X-Ray rentgen nəzarət-yoxlama avadanlıqları qurulacaq

Sədərək gömrük keçid məntəqəsində X-Ray rentgen nəzarət-yoxlama avadanlıqları qurulacaq
# 11 oktyabr 2013 13:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək gömrük keçid məntəqəsində iritonnajlı avtomobillərin dəqiq və sürətlə yoxlanılması üçün X-Ray rentgen nəzarət-yoxlama avadanlıqları qurulacaq. Bu barədə APA Naxçıvan MR Ali Məclisinin saytına istinadən məlumat verib.

 

«Smiths Detection» şirkətinin istehsalı olan HCVG tipli yük skanerləri ilə iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarəti həyata keçiriləcək. Ümumi çəkisi 27 ton olan qurğunun inşası üçün zəruri avadanlıqlar Fransadan alınaraq muxtar respublikaya gətirilib.

 

Sistem saatda 23 nəqliyyat vasitəsinə baxış keçirməyə, yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR