Bank Of Baku

Səfir: “İlin sonunadək 1 milyon Azərbaycan vətəndaşı İrana səyahət edəcək”

Səfir: “İlin sonunadək 1 milyon Azərbaycan vətəndaşı İrana səyahət edəcək”
# 26 aprel 2013 09:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanla İranın cənub sərhədlərini birləşdirəcək Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi üçün işlər sürətlə davam etdirilir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

 

O, dəmiryol xəttinin bölgə üçün iqtisadi əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, İran-Azərbaycan sərhəd-gömrük məntəqələrinin fəaliyyətinin 12 saatadək artırıldığını da qeyd edib.

 

Möhsün Pak Ayin turizm sahəsində əlaqələrin genişləndiyini də deyib: “Turizm sahəsində də əməkdaşlıq inkişaf edir, xüsusən də müalicə turizmi sahəsində bu proses artır. İlin sonunadək 1 milyon Azərbaycan vətəndaşının turist kimi İrana səyahət edəcəyi qənaətindəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR