Bank Of Baku

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin Əlaqələndirmə Şurasının növbəti toplantısı mayda Bakıda keçiriləcək

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin Əlaqələndirmə Şurasının növbəti toplantısı mayda Bakıda keçiriləcək
# 04 may 2013 09:31 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin Əlaqələndirmə Şurasının növbəti görüşü bu ay Bakıda keçiriləcək. APA-nın Hindistan XİN-inə istinadən verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə səfəri zamanı layihənin icrasının aktivləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Şimal-Cənub nəqliyyat dəhlizinin ümumi uzunluğu 7 200 km-dir və Hindistan və Fars körfəzi ölkələrindən sərnişin və yüklərin Azərbaycan və Rusiya ərazisi ilə Şimali və Qərbi Avropaya daşınması üçün nəzərdə tutulub.

 

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə hökumətlərarası saziş Rusiya, İran və Hindistan tərəfindən Sankt-Peterburqda 2000-ci il sentyabrın 12-də imzalanıb. Sonradan sənədə Azərbaycan, Qazaxıstan, Türkiyə, Ukrayna və s. qoşulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR