Bank Of Baku

Sumqayıt əhalisinin 80%-i fasiləsiz su ilə təmin olunub

Sumqayıt əhalisinin 80%-i fasiləsiz su ilə təmin olunub
# 13 may 2013 16:12 (UTC +04:00)

Bakı - APA-Economics. «Azərsu» ASC əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm rolu olan Sumqayıt şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirilir.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 km su xətləri yeniləri ilə əvəz edilib.

 

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23 824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi  80%-ə və ya 213 min nəfərə çatıb. Fasiləsiz rejimə keçidlə əlaqədar 21 nasosxananın fəaliyyəti dayandırılıb.

 

Su təchizatı ilə paralel olaraq şəhərin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. 2012-ci ilin sonunda yeni nasos stansiyasının  istismara verilməsi ilə  Sumqayıt şəhərinin “Köhnə şəhər” yaşayış sahəsinin çirkab sularının Sumqayıt Təmizləyici Qurğusuna ötürülməsi təmin edilib, bununla da qurğuda sutka ərzində emal olunan çirkab suyun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatıb.

 

ASC-dən bildirilib ki, ümumi uzunluğu 9 km, diametri 1200-1600 mm  olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərində toplanan bütün çirkab sular təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaq. Hazırda qurğunun sutkalıq məhsuldarlığı 72 min kubmetrdir və  gələcəkdə bu göstərici 100 min kubmetrə çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR